• cümə axşamı, 18 aprel, 04:47
  • Baku Bakı 15°C

Xalq artisti Səyavuş Aslan vəfat etdi

27.06.13 07:07 1620
Xalq artisti Səyavuş Aslan vəfat etdi
Xalq artistinin oğlu Çingiz Aslanov APA-ya bildirib ki, S. Aslanın vəziyyəti gecə pisləşib. Təcili yardım çağırılsa da, aktyoru xilas etmək mümkün olmayıb.
O, iyunun 27-si saat 4.00 radələrində dünyasını dəyişib.
Aktyor bu gün dəfn olunacaq.
Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb.
1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur.
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
banner

Oxşar Xəbərlər