AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xalq artisti Rəqsanəni biabır elədi

Xalq artisti Rəqsanəni biabır elədi

Mədəniyyət
13 Dekabr 2012, 09:56 1824
Xalq artisti İlhamə Quliyeva Faiq Sücəddinovun onun üçün yazdığı mahnıları ifa etməyi qadağan edib.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə müğənni ANS telekanalının "Şoumən" proqramına bildirib.

"Ay Rəqsanə, get toylarda çıxış et və öz çörəyini ye. Başa düşmürəm, ona və başqalarına mənim mahnılarımın nə aidiyyatı var. O elə oxuyur ki, sanki quyruğunu tapdalayıblar. Belə oxumaq utanc vericidir. Ona mənim mahnılarımı oxumağı rəsmən qadağan edirəm", - o vurğulayıb.