AZE | RUS | ENG |


Xalq artisti Rafiq Hüseynovun vəziyyəti stabilləşib

Xalq artisti Rafiq Hüseynovun vəziyyəti stabilləşib
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti stabilləşib. Bu barədə APA-ya açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl xalq artistinin vəziyyəti qəfil pisləşib: "Əməliyyat çox çətin əməliyyat olduğu üçün həkimlər deyir ki, bu cür fəsadlar gözləniləndir. Almaniyaya aparmaq istəyirdilər, sonra dedilər, bu vəziyyətdə yola çıxmaq təhlükəlidir. Ona görə də Almaniyadan həkim dəvət olundu, müayinə və müalicə işləri Bakıda aparıldı. Hazırda reanimasiya şöbəsindədir, ümid edirik, yaxın günlərdə palataya köçürəcəklər”.
 
S. Hüseynova əlavə edib ki, Rafiq Hüseynov səhhəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın nəzarətindədir: "Bizə ən yüksək səviyyədə diqqət var, müalicə ilə bağlı heç bir problemlə üzləşmirik. Səhiyyə naziri də baş çəkdi, vəziyyətimizlə maraqlandı. Həkimlər əllərindən gələni edirlər ki, hər şey yaxşı olsun. Artıq İstanbula getmək planımız yoxdur, bütün müalicələr Bakıda aparılacaq”. 
 
Qeyd edək ki, Rafiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001