• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

Xalq artisti Qara Tağızadə vəfat edib

05.03.18 09:10 1223
Xalq artisti Qara Tağızadə vəfat edib
Tanınmış diktor, xalq artisti Qara Tağızadə vəfat edib.
APA-nın məlumatına görə, mərhum martın 4-dətorpağa tapşırılıb.
Qara Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. BDU-nun Filologiya fakültəsini bitirib. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub.
Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra Azərbaycan radiosunun diktorlar şöbəsinə rəhbərlik edib.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər