• cümə axşamı, 28 mart, 23:39
  • Baku Bakı 13°C

Xalq artisti Fuad Poladov vəfat edib

05.05.18 09:12 963
Xalq artisti Fuad Poladov vəfat edib
Xalq artisti Fuad Poladov vəfat edib.
Bu barədəAPA-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F. Poladov mayın 4-də axşam saatlarında dünyasınıdəyişib.
Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub.Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.
20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb.
Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.
banner

Oxşar Xəbərlər