AZE | RUS | ENG |

Xalq artisti Fuad Poladov vəfat edib

Xalq artisti Fuad Poladov vəfat edib
Xalq artisti Fuad Poladov vəfat edib.
 
Bu barədə APA-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F. Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib. 
 
Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. 
 
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. 
 
20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb. 
 
Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib. 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000