AZE | RUS | ENG |

Xalq artisti Amalya Pənahova ilə vida mərasimi başlayıb

Xalq artisti Amalya Pənahova ilə vida mərasimi başlayıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amalya Pənahova ilə vida mərasimi başlayıb.

"Report” xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak edirlər.

A.Pənahova vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında, "Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, xalq artisti ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib. 

Qeyd edək ki, Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Milli Məclisinə deputat seçilib. "Şöhrət” və "Şərəf” ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9398
GEL 1 1 Gürcüstan larisi 0.6373
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1857
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1895
CHF 1 1 İsveçrə frankı 1.7208
KWD 1 1 Küveyt dinarı 5.6107
TRY 1 1 Türkiyə lirəsi 0.3119