AZE | RUS | ENG |

Xalq artist Fidan Hacıyeva Cümhuriyyətin 100 illiyi münasibəti ilə Londonda konsert verib

Xalq artist Fidan Hacıyeva Cümhuriyyətin 100 illiyi münasibəti ilə Londonda konsert verib
Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti mezzo soprano Fidan Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda xüsusi konsert proqramı ilə çıxış edib.
 
APA-nın London müxbirinin verdiyi xəbərə görə, F. Hacıyeva əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin romanslarını səsləndirib. Onu pianoda Səidə Tağızadə, violençeldə Aleksey Miltix müşayiət edib.
 
Proqram boyunca Ədilə Hüseynzadənin tələbələri - bəstəkar Elnarə Dadaşova və Zümrüd Dadaşzadə onun həyat və yaradıcılığından bəhs edib. Zümrüd Dadaşzadə bildirib ki, Ədilə Hüseynzadənin əsərlərinin Cümhuriyyətin 100 illiyində Böyük Britaniyada səsləndirilməsi Azərbaycan musiqi həyatında önəmli hadisədir.
 
Qeyd edək ki, Ə. Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. O, 1942-1948-ci illərdə  Konservatoriyanın xalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovdan dərs alıb.
 
Müslüm Maqomayev, Firəngiz Əlizadə onun tələbələrindəndir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9369
GEL 1 1 Gürcüstan larisi 0.6383
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2074
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7107
KWD 1 1 Küveyt dinarı 5.6057
TRY 1 1 Türkiyə lirəsi 0.3176