• cümə axşamı, 25 aprel, 09:17
  • Baku Bakı 14°C

Xalq artisitinin qızı biznesini böyütdü

10.06.14 13:16 2914
Xalq artisitinin qızı biznesini böyütdü
Tanınmış stilist-vizajist Şəfəq Novruzova biznesini genişləndirib. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qızı olan Şəfəq gözəllik salonu şəbəkəsinə daha birini əlavə edib. Kaspi.az-ın məlumatına görə, “şafa studio” adlanan salonun açılış mərasimində başda vizajistin ailə üzvləri – atası R.Novruz, anası və qardaşı müğənni Cavidan Novruz olmaqla bir çox tanınmış simalar da da iştirak edirdi.
Onların arasında xalq artisti Firəngiz Mütəllimova, əməkdar artsitlər Vəfa Zeynalova, Münəvvər Əliyeva, Anar Heybətov, müğənnilər Zarina Məmmədova, Emil Bədəlov, Xatun, Məryəm Şabanova, prodüser Təranə Səmədova, aparıcı Lamiyə Ələkbərqızı və KİV nümayəndələri də vardı.
Övladları ilə qürur duyduğunu deyən xalq artisti R.Novruz onlara hər zaman dəstək olduğunu dedi: “Övladlarıma hər zaman məsləhətim bu olub ki, yaxşı bacardıqları işlə məşğul olsunlar. Onlara sənət seçimindən mane olmamışam, amma məsləhət vermişəm”.
Atası və qardaşından fərqli yol seçən Ş.Novruzova isə bu işə biznes kimi baxmadığını dedi: “Əslində elə mən də yaradıcı işlə məşğulam. Əsas məqsədim budur ki, hər evdən mənə bir dua gəlsin. İstər ustalarım, istər müştərilərimin duaları məni çox sevindirir. Allah mənim başımdan ona görə tökür ki, mənə dua edənlər çoxdur”.
banner

Oxşar Xəbərlər