• çərşənbə axşamı, 16 aprel, 09:38
  • Baku Bakı 14°C

Xalları yarı böləcəklər

29.11.13 10:18 1261
Xalları yarı böləcəklər
Futbol mütəxəssisi Vladislav Qədirov futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytına bölüşüb.
RƏVAN - QƏBƏLƏ
“Qəbələ” hazırda liderlər üçlüyünə daxil olan komandalardan biridir. Bunu nəzərə alsaq, onlar sadcə qələbə qazanmağa borcludurlar ki, irəlidə gedən “Qarabağ” və “Neftçi”dən geri qalmasınlar. Mən “Qəbələ”nin qələbəsinə qoyuluş edirəm.
BAKI - İNTER
“İnter” son oyunlarda yaxşı nəticələr göstərir. “Bakı” da oxşar nəticələr göstərsə də, mən hesab edirəm ki, “İnter” qalib gələcək.
XƏZƏR LƏNKƏRAN - AZAL
İstər-istəməz yeni məşqçinin gəlişi “Xəzər Lənkəran”ın oyununa müsbət təsir göstərə bilər. Düşünürəm ki, onlar bu oyunda özünü göstərməyə çalışacaq. Buna görə də “Xəzər Lənkəran” AZAL üzərində qələbə qazanacaq.
SİMURQ - QARABAĞ
“Simurq” pis komanda deyil. “Qarabağ”a əlbəttə ki, qələbə qazanmaq lazımdır ki, ötən turda “Rəvan”la oyunda itirilmiş xalların əvəzin alsın. Ancaq mən güman edirəm ki, Zaqatalada heç-heçə görəcəyik.
SUMQAYIT - NEFTÇİ
“Neftçi” hələ tam özünə gələ bilmir. Bakılıların görüşün favoriti sayılmasına rəğmən, mən hesab edirəm ki, komandalar xalları yarı böləcəklər.
banner

Oxşar Xəbərlər