• cümə, 19 Aprel, 20:21
  • Baku Bakı 24°C

Xalidə Xalid və Şamxal Hüseynov həbsxanada deyilsə...

31.05.13 09:51 1484
Xalidə Xalid və Şamxal Hüseynov həbsxanada deyilsə...
“İranda saxlanan Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov həbsxana deyillər. Onların hazırda harada saxlanılması barədə mənim məlumatım yoxdur”. Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayın deyib.
Səfirin sözlərinə görə, Xalidə Xalid və İran vətəndaşı Mikayıl Kazıminin Azərbaycanda saxlanması arasında heç bir bağlılıq yoxdur: “Mikayıl Kazımi 5 ay əvvəl saxlanılıb və bunun Azərbaycan vətəndaşlarının İranda saxlanılması ilə heç bir əlaqəsi yoxdur. Mikayıl Kazıminin saxlanılması ilə bağlı detalları Xalidə Xalidin məsələsi həll olunandan sonra açıqlayacam”.
Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.
Daha sonra İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad edildiyini açıqlasa da, onlar hələlik Azərbaycan tərəfə təhvil verilməyiblər.
banner

Oxşar Xəbərlər