• cümə axşamı, 25 aprel, 04:30
  • Baku Bakı 19°C

Xalidə Xalid Təbrizdəki konsulluğumuzdadır

21.05.13 14:23 1313
Xalidə Xalid Təbrizdəki konsulluğumuzdadır
İranda həbsdən buraxılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Təbrizdə, Azərbaycan konsulluğundadırlar. Lent.az-ın məlumatına görə, bu barədə “Media forum”a İranda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Cavanşir Paşazadə bildirib: “Xalidə Xalidin viza müddəti bitdiyi üçün müəyyən sənədləşmə işləri aparılır. Bu məsələlər həll olunan kimi Azərbaycana dönəcək”.
Deputat bildirib ki, Xalidə Xalidin nümayəndə heyəti ilə birlikdə vətənə dönəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil: “Nümayəndə heyəti mayın 21-də axşam Azərbaycana qayıdacaq. Xalidə Xalid isə ola bilər bu gün, ola bilər sabah geri dönəcək”.
AMEA-nın əməkdaşını və sürücüsünü aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT saxlamışdı. İran tərəfi onun casusluqda ittiham olunduğunu bildirmişdi.
Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. Bir gün sonra Xalidə Xalid və sürücüsü həbsdən azad olunublar.
banner

Oxşar Xəbərlər