• şənbə, 20 Aprel, 04:43
  • Baku Bakı 15°C

Xalidə Xalid danışdı: “...qayıdacağıq”

05.06.13 13:43 1347
Xalidə Xalid danışdı: “...qayıdacağıq”
Aprelin 30-dan Şamxal Hüseynovla birlikdə İranda saxlanılan AMEA-nın elmi işçisi Xalidə Xalid ailəsinə zəng edib.
Bu barədə APA-ya X. Xalidin oğlu Xalid Məmmədli deyib. Onun sözlərinə görə, anası hazırda Azərbaycanın İrandakı səfirliyində olduqlarını deyib: “Anam çox danışa bilmədiyini, hər şeyin yaxşı olduğunu, narahat olmamağımızı dedi, yaxın günlərdə qayıdacaqlarını bildirdi”.
Qeyd edək ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.
Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə iyunun 3-də təhvil veriliblər.
banner

Oxşar Xəbərlər