• cümə, 29 Mart, 11:20
  • Baku Bakı 5°C

Xalça Muzeyində bir –birindən maraqlı proqramlar təqdim olunacaq

17.03.17 11:50 1029
Xalça Muzeyində bir –birindən maraqlı proqramlar təqdim olunacaq
Martın 18-də Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə "Ailə günü” adlı tədbir keçıriləcək.
MuzeydənAZƏRTAC-a bildirilib ki, "Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək, həmçinin Novruz bayramının yaranma tarixi və adət-ənənələri haqqında məlumat verməkdir.
Tədbirdə Təhsil Nazirliyi, "Respublika Yaradıcılıq Mərkəzi”nin üzvlərinin iştirakı ilə keçiriləcək tədbir proqramına "öz xalçanı yarat” kompüter proqramı, xalça pazlını yığ, bahar qızının iştirakı ilə əyləncəli viktorina, "səməni saxla məni”, "Xalçalarda Novruz adət və ənənələrimizi simvol edən elementlər” mövzusunda tematik ekskursiya (Azərbaycan, ingilis və rus dillərində) , "Şəkərbura”nı naxışlamaq, "Novruz yumurtasını boya”maq , ələ xına bəzəyinin çəkilməsi, dekorativ əl işləri hazırlamaq kimi maraqlı, əyləncələr daxildir.
Bundan əlavə məşhur memar Elçin Əliyevlə görüş təşkil olunacaq. Memar uşaqlara Abşeron memarlığının tarixi barədə məlumat verəcək. İştirakçılar Bakı-Abşeron abidələrinin rəsmini çəkəcək və Elçin Əliyev tərəfindən seçilən ən yaxşı 5 rəsmin müəllifi mükafatlandırılacaq.
Qeyd edək ki, "Ailə günü” adlı tədbir martın 26-dək davam edəcək.
banner

Oxşar Xəbərlər