• şənbə, 20 Aprel, 15:20
  • Baku Bakı 23°C

Xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

22.03.18 19:00 508
Xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevAbşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqındasərəncam imzalayıb.
APA-nın xəbərinə görə,Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Nazirlər KabinetivəMaliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər