AZE | RUS | ENG |

Xaçmazda oğurluq edən əkiz qardaşlar saxlanılıb

Xaçmazda oğurluq edən əkiz qardaşlar saxlanılıb
Xaçmaz rayonunda silsilə oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, saxlanılan şəxslərdən ikisi əkiz qardaşlardır.
 
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb. Onlar rayonun Köhnəxaçmaz kənd sakinləri əvvəllər məhkum olunmuş Əziz Hacıbalayev, Ruslan Hacıbalayev və sonuncunun əkiz qardaşı Kamran Hacıbalayev olduğu müəyyən edilib.
 
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların dekabr ayının 31-dən cari ilin fevral ayının 22-dək olan müddətdə rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsuz 3 fərdi evdən, 1 mağaza və 1 iaşə obyektindən televizor, su nasosları, müxtəlif məişət əşyaları və texniki vasitələr, su qızdırıcısı, müxtəlif növ tütün məmulatları və ərzaq məhsulları oğurlamaqla sahiblərinə xeyli miqdarda maddi ziyan vurduqları məlum olub. Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
 
Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000