• çərşənbə axşamı, 16 aprel, 20:57
  • Baku Bakı 18°C

Xaçmazda II Beynəlxalq dolma festivalı keçirilib

15.07.17 15:36 1539
Xaçmazda II Beynəlxalq dolma festivalı keçirilib
Bu gün Xaçmazda II Beynəlxalq dolma festivalı keçirilib.
Trend-in məlumatına görə, festivalda 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox nümayəndə iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda respublikanın bölgələrində, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350-yə yaxın dolma növü nümayiş olunub.
II Beynəlxalq dolma festivalının qonaqları arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, onların ailə üzvləri, Milli Məclisin deputatları, dövlət rəsmiləri, ictimai xadimlər yer alıblar.
Sonra Xaçmazın "Çənlibel” istirahət parkında festivalın açılışı olub. Çıxış edənlər Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, festivalın respublikanın bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini söyləyiblər.
Sonra isə nümayiş olunan dolma növlərinə baxış keçirilib. Qonaqlara təqdim olunan dolma növləri haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, Azərbaycanda I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib.
banner

Oxşar Xəbərlər