• cümə axşamı, 18 aprel, 06:15
  • Baku Bakı 12°C

Xaçmazda Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı olub - Fotolar

08.09.16 12:32 831
Xaçmazda Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı olub - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xaçmaza səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2015-ci ilin fevralında başlanılıb və 2016-cı ilin mart ayında tikinti işləri başa çatdırılıb.

Ümumi tikinti sahəsi 1100 kvadratmetr olan Mərkəzin binası iki mərtəbədən və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir. Birinci mərtəbədə Heydər Əliyev muzeyi, sərgi zalı, xalçaçılıq dərnəyi, 300 nəfərlik kino-konsert zalı var. İkinci mərtəbədə isə rəsm studiyası, fotostudiya, elektron kitabxana, kompyuter, rəqs və intellektual oyun dərnəkləri yaradılıb.

Prezident İlham Əliyev Mərkəzin binasını gəzərək yaradılan şəraitlə tanış oldu və müvafiq tapşırıqlarını verdi.






banner

Oxşar Xəbərlər