• cümə, 29 Mart, 06:06
  • Baku Bakı 5°C

Xaçmazda bu gecə 2 yanğın olub - aptek və ev yanıb

25.07.17 09:50 1102
Xaçmazda bu gecə 2 yanğın olub - aptek və ev yanıb
Xaçmaz şəhərində ötən gecə 2 yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan əczəxananın lambirdən ibarət tavanı yanıb.
Əczəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi isə Xaçmaz şəhərində vətəndaşa məxsus evdə baş verib. Ümumi sahəsi 208 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və evə bitişik ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​
banner

Oxşar Xəbərlər