• cümə, 29 Mart, 02:07
  • Baku Bakı 7°C

Xaçmaz sakini həmyerlisini bağ evində güllələdi

14.06.13 11:35 1711
Xaçmaz sakini həmyerlisini bağ evində güllələdi
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Xaçmaz rayonunda qeydə alınıb. Bakı şəhər sakini Tahir Əliyevə məxsus bağ evində, orada müvəqqəti yaşayan Xaçmaz rayon sakini Xanlar Ağayev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerlisi 1962-ci il təvəllüdlü İbad Babayevə xəsarət yetirib.
İ. Babayev xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən X. Ağayev tutulub.
banner

Oxşar Xəbərlər