• cümə, 29 Mart, 01:22
  • Baku Bakı 7°C

www.1905.az və “Park Bulvar” “Xocalı 1992” tədbiri keçirəcək

18.02.15 12:15 1182
www.1905.az və “Park Bulvar” “Xocalı 1992” tədbiri keçirəcək
www.1905.az portalı ilə “Park Bulvar” AVM “Xocalı 1992” adlı anım tədbiri keçirəcək. 25 fevralda, axşam saatlarında baş tutacaq anım tədbiri çərçivəsində “1905.az” Səyyar Qalereyasının “Xocalı” ekspozisiyası nümayiş etdiriləcək. “Park Bulvar”ın təmsilçisi Günay Malikqızı ekspozisiyada Azərbaycan fotoqrafları Mirnaib Həsənoğlunun və İlqar Cəfərovun işlərinin yer alacağını bildirib.
Tədbirdə “1905.az – STUDİO” tərəfindən hazırlanmış video-çarx nümayiş olunacaq, insanlar www.1905.az portalının “Xocalı” bölümünün materialları ilə tanış olmaq imkanı əldə edəcəklər. Qeyd edək ki, www.1905.az Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılmış elektron resursdur. 12 dildə fəaliyyət göstərən portal azərbaycanlıların məruz qaldıqları soyqırım həqiqətini, yaşadıqları tarixi torpaqlardan deportasiya olunmaları haqqında məlumatları, eləcə də Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı gerçəklikləri müasir texnologiyalardan istifadə etməklə dünya auditoriyasına çatdırmaq məqsədilə, ötən ilin martında yaradılıb.
banner

Oxşar Xəbərlər