• cümə axşamı, 28 mart, 19:43
  • Baku Bakı 13°C

WSJ: ABŞ və Çin tezliklə ticarət sazişi imzalayacaq

04.03.19 09:51 420
WSJ: ABŞ və Çin tezliklə ticarət sazişi imzalayacaq
Pekin və Vaşinqton arasında ticarət sövdələşməsi üzrə danışıqlar yekun mərhələdədir,tərəflər artıq martın sonlarında saziş əldə olunduğunu elan edə bilərlər.
"Report” xəbər verir ki, bu barədə danışıqların gedişatı barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" qəzeti yazıb.
Nəşrin məlumatına görə,ÇinBirləşmiş Ştatlardan idxal olunan kimya, avtomobil, kənd təsərrüfatı və digər məhsullara qoyulan tarifləri azaltmağa və başqaməhdudiyyətləri aradan qaldırmağa razıdır.ABŞ isə öz növbəsində ötən il Çin mallarına qoyulan qadağaların əksəriyyətini və ya hətta hamısını ləğv etmək barədə düşünür.
Bununla belə mənbələr qeyd edirlər ki, tərəflər arasında bəzi ziddiyyətlər hələ də qalmaqdadır. Onlar həmçinin ABŞ və Çin nümayəndələrinin öz vətənlərində qarşı tərəfə "olduqca sərfəli" şərtlər irəli sürdüklərinə görə tənqidə məruz qala biləcəkləri barədə xəbərdarlıq ediblər.
banner

Oxşar Xəbərlər