• çərşənbə, 24 Aprel, 00:36
  • Baku Bakı 14°C

WoWoman 3 illik yubileyini qeyd edib

19.02.18 10:45 578
WoWoman 3 illik yubileyini qeyd edib
Pullman Hotel-də WoWoman Azerbaijan platformasının 3 yaşına həsr olunmuş tədbir keçirilib. Tədbirə həm dövlət, həm də özəl olmaqla müxtəlif sahələrin nümayəndələri, fikir liderləri, mediya və platforma üzvləri ilə birgə 400-dən çox qonaq qatılıb. ABŞ Səfirliyi WoWoman təşkilatı tərəfindən "Ən Yaxşı Tərəfdaş – 2018”, Səfirllik tərəfindən sponsorluq olunan "WoWoman in Me” "2018-ci ilin Ən Yaxşı Layihəsi” elan olunub.
WoWoman – qadınların inkişafı və ilhamlanması üçün yaradılmış platformadır. 3 illik böyük əməyin bəhrəsi olaraq platforma 200-dən çox tədbir və təlimlər təşkil edib, icma üzvləri üçün 40-dan çox maarifləndirici proqram və layihə hazırlayıb. Hazırda WoWoman Azerbaijan qrupunda 20.000-dən çox üzv var.
Fəaliyyətinə sıfırdan başlamış təşkilat qısa müddət ərzində böyük inkişaf səviyyəsinə çatmaq, Google və Microsoft kimi şirkətlərlə əməkdaşlıq etmək, habelə Qırğızıstan və Pakistanda nümayəndəlik təsis etməyə müvəffəq olub. Bundan əlavə, WoWoman Stanford, MIT, Harvard, Almaniyada keçirilən TEDx, Estoniyada keçirilmiş Latitude59 və Ukraynada keçirilmiş Impact Hub kimi tədbirlərdə dünya arenasında təqdim olunub.
«Bütün bunların xarici investisiya olmadan, cəmiyyətimiz üçün faydalı və lazımlı işlər görməyə böyük həvəsi olan könüllülərdən ibarət komanda səyəsində ərsəyə gəldiyinə çoxları inanmır. Bu ildən etibarən həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda inkişaf etmək üçün sponsor və tərəfdaşlarla birgə aktiv fəaliyyətə başlayacayıq”, - deyə WoWoman Azerbaijan platformasının təsisçisi Zara Hüseynova bildirib.
Ötən il əsas diqqət onlayn maarifləndirməyə yönəlib. Bu il isə təşkilatın daha qlobal planları var – iddialı WoWoman komandası IT, dizayn, rəqəmsal marketinq, PR, HR və satış, sahibkarlıq kimi sahələrə aid layihələrə, həmçinin iştirakçılarını yeni imkanlarla sevindirməyə fokuslanıb. İlin ən yaxşı layihəsi adına layiq görülmüş "WoWoman in Me” layihəsinin 2-ci dəfə keçirilməsi, həmçinin Azərbaycanda qadınların səs vermə hüququnun 100 illiyinə həsr olunmuş marafon planlaşdırılır. Tədbir zamanı həmçinin ilin ən yaxşı təlimçisi, tərəfdaşı və komandasının mükafatlandırma mərasimi baş tutub.
«Bu il başlatdığımız əsas işlərdən biri də üzvlərimizə il ərzində tədbirlərimizdə üstünlüklərdən, həmçinin bizim və tərəfdaşlarımızın təqdim etdiyi endirmlərdən yararlanmaq imkanı verən və hər kəsin səbirsizliklə gözlədiyi üzvlük sistemidir», - deyə Zara bildirmişdir. Mart ayının 1-nə kimi kartı endirimlə öncədən sifariş etmək və üstünlükləri haqda məlumatı buradan http://wowoman.org/membership
əldə etmək mümkündür:
WoWoman xarici şirkət və mütəxsəssislərlə əməkdaşlıq edərək və sözün əsl mənasında beynəlxalq komanda yaradaraq qlobal müstəvidə inkişaf etməyə davam edir.
«Bu il Şərqi Avropa, Yaxın Şərqin bir neçə şəhərləri və hətta Asiyaya belə çatmaq istəyirik. Komandanın üzvü olduğum üçün və Azərbaycan brendini bütün dünyaya tanıtdığım üçün qürur hiss duyuram», - deyə WoWoman platformasının səlahiyyətli PR elçisi olacaq ukraynalı PR ekspert Marina Skripnik bildirib.





banner

Oxşar Xəbərlər