• cümə axşamı, 18 aprel, 21:39
  • Baku Bakı 21°C

“WhatsApp” bir sıra smartfonlarda işini dayandırır

09.03.21 10:30 392
“WhatsApp” bir sıra smartfonlarda işini dayandırır
"WhatsApp” messenceri köhnə "iPhone” modelləridə işləməyəcək.
APAxəbər verir ki, bu barədə "WABetaInfo” portalı məlumat yayıb.
Dəyişiklik proqramın iOS üçün son beta-versiyasında ortaya çıxıb. Belə ki, beta-versiyada iOS 9 və daha aşağı versiyalarda işləyən cihazlar üçün dəstək xidməti yoxa çıxıb. "WhatsApp”ın rəsmi resurslarında bu barədə hələlik bir məlumat yoxdur.
Hazırda messencerin "iPhone” üçün əməliyyat sistemlərinin rəsmi siyahısına iOS 9 və ya daha yeni versiyalar daxildir.
Qeyd edək ki, 1 yanvar 2021-ci ildən etibarən "WhatsApp” messenceri əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dən yuxarı versiyalara yenilənməyən bir sıra cihazlarda işini dayandırıb.

banner

Oxşar Xəbərlər