• cümə axşamı, 25 aprel, 04:01
  • Baku Bakı 19°C

“Warner Brothers”dən Park Cinemaya təşəkkür məktubu gəldi

09.04.14 15:17 1741
“Warner Brothers”dən Park Cinemaya təşəkkür məktubu gəldi
Dünya kinoindustriyasının 20Th Century Fox, Paramount Pictures, Warner Brothers Pictures Intl. kimi nəhəng şirkətləri “Park Bulvar” Ticarət Mərkəzində fəaliyyət göstərən Park Cinema kinoteatrının Azərbaycanda insanların ən çox gəldiyi kinoteatr olduğunu bəyan ediblər. 2013-cü ildə Park Cinema kassa yığımlarına görə bütün rəqiblərini geridə qoyaraq bu göstəriciyə görə respublikada şərtsiz lider olub.
Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin verdiyi məlumata görə Film Distribution (20Th Century Fox şirkətinin rəsmi distributoru) и İnter Film İnterneşnl (Warner Bros Pictures Intl. şirkətinin rəsmi distributoru), İnter Cinema (Paramount Pictures İntl. şirkətinin rəsmi distributoru) şirkətlərinin rəsmi nümayəndələrinin Park Cinema kinoteatrının ünvanına göndərdikləri məktublarda qeyd olunur.
Namiq Quliyev Park Cinema kinoteatrına dünya kino prokatının nəhəngləri tərəfindən bu cür yüksək qiymətin Azərbaycanda kinoteatrların sayının artması fonunda verilməsinin xüsusilə xoş olduğunu qeyd edib. Onun sözlərinə görə, kinoteatrlar arasında rəqabətin artmasına baxmayaraq Park Cinema peşəkar əməkdaşlardan ibarət komandası sayəsində özünün lider mövqeyini əminliklə qoruyub saxlayır. Məhz əməkdaşlarının özünü istər dünya kinoprokatının ən yeni filmlərinin əldə edilməsi, şəhərin sakinləri və qonaqlara ən yüksək servis xidməti göstərilməsi olsun, istərsə də kinoteatrlara daha çox kinomanın cəlb edilməsi məqsədilə keçirilən müxtəlif aksiyalar keçirməsində biruzə verən peşəkarlığı sayəsində Park Cinema Azərbaycanın kassa yığımlarına görə ən öndə gedən kinoteatrı elan edilib.
“Sözsüz ki, bu bizim üçün əhəmiyyətli qələbədir və biz bütün tərəfdaşlarımıza, eləcə də bizim dostlarımız olan regional tərəfdaşlarımıza – İnter Cinema, İnter Film İnterneşnl, Film Distribution şirkətlərinə təşəkkürümüzü bildirirk. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək fikrində olmayıb kino həvəskarlarını xoş aksiya və sürprizlərlə sevindirməyi davam etdirəcəyik. Bizim şəbəkədə artıq 12 ekran var, ilin sonuna kimi daha 11 ekran əlavə olunacaq. Yekunda biz kino həvəskarlarına, qonaqlarımıza 3500 nəfərlik ümumi yer təklif edə biləcəyik”, - deyə Namiq Qulıyev vurğulayıb.
Namiq Quliyevin sözlərinə görə, dünya kino prokatının nəhənglərinin verdiyi yüksək qiymət kinoteatrın fəaliyyəti üçün yaxşı stimul olacaq və Park Cinema insanların ən çox gəldiyi, kassa yığımlarına görə lider olan və vətəndaşlarımızın ən sevimli kinoteatrı statusunu daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcək.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
F.Sabirqızı
banner

Oxşar Xəbərlər