AZE | RUS | ENG |

WADA Hindistanın antidopinq laboratoriyasını altı aylığına kənarlaşdırıb

WADA Hindistanın antidopinq laboratoriyasını altı aylığına kənarlaşdırıb
Dünya Antidopinq Agentliyi (WADA) Hindistanın antidopinq laboratoriyasını altı aylığına kənarlaşdırıb. Bu barədə məlumatı agentliyin mətbuat xidməti yayıb.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar WADA nümayəndə heyətinin bu ölkəyə səfərindən sonra qəbul edilib. Hindistanın antidopinq laboratoriyasını Laboratoriyalar üzrə Beynəlxalq Standartlara (ISL) cavab vermədiyi üçün cəzalandırıblar. Bu ölkədə laboratoriyanın yoxlanılmasına mayda başlanılıb və müvafiq sanksiya avqustun 20-dən qüvvəyə minib. Laboratoriyaya bu sahədə hər hansı fəaliyyətlərin həyata keçirilməsi , o cümlədən analizlərin toplanması qadağan edilib.
Qeyd olunur ki, Hindistan tərəfi WADA-nın qərarından 21 gün müddətində İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Əgər Hindistanın antidopinq laboratoriyası altı ay müddətində göstərilən nöqsanları aradan qaldırmazsa, o zaman onu daha yarım il ərzində kənarlaşdıra bilərlər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967