• cümə, 19 Aprel, 21:52
  • Baku Bakı 24°C

Vyetnam prezidentinin rəsmi qarşılanma mərasimi olub

14.05.15 05:44 688
Vyetnam prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın mayın 14-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqı və xanımı May Thi Hanı qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Prezidentinə raport verdi.
Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Vyetnam Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Çıonq Tan Şanqa, Vyetnam Sosialist Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər./AZƏRTAC/
banner

Oxşar Xəbərlər