• cümə axşamı, 28 mart, 17:50
  • Baku Bakı 16°C

Vyetnam Azərbaycanla neft-qaz sahəsində BM-lər yaratmaqda maraqlıdır

09.07.18 13:30 421
Vyetnam Azərbaycanla neft-qaz sahəsində BM-lər yaratmaqda maraqlıdır
Vyetnam Azərbaycanın dövlət şirkəti SOCAR-ın milli neft-qaz sənayesində, enerji infrastrukturunda, həmçinin bu sahədə birgə müəssilər yaratmaqda maraqlıdır. Bu barədə Trend-ə hökümətdəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, Vyetnam həmçinin SOCAR-ın ölkənin neft-qaz sənayesinin modernləşdirilməsində iştirakında maraqlıdır.
O əlavə edib ki, bu gün vyetnamlı mütəxəssislərin SOCAR-ın müəssilərində treninq və təcrübə keçməsinin imkanları müzakirə olunur.
Mənbə bildirib ki, artıq neft, təbii qaz və neft-kimya sənayesi məhsulları ilə ticarət, həmçinin bu sahədə birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla neft-qaz sahəsinin marketinq sahəsində dövlət neft şirkətləri səviyyəsində əməkdaşlığı davam etdirməyə dair razılaşma var.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Vyetnamla 2018-ci ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsi 15,86 milyon dollar təşkil edib. Bunun təxminən 630 min dollar Azərbaycan məhsullarının Vyetnama ixracının payına düşüb. İl ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 65,2 faiz artıb.
banner

Oxşar Xəbərlər