• cümə, 29 Mart, 03:47
  • Baku Bakı 7°C

Vyanada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

14.05.18 09:50 467
Vyanada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Vyanada fəaliyyət göstərən "AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyində ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbir keçirilib.AZƏRTACxəbər verir ki, ölkəmizin Avstriyadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının fəalları, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov tədbirdə çıxış edərək ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran diplomat ümummilli liderin rəhbərliyi ilə ölkədə aparılan quruculuq işlərindən, sosial-iqtisadi islahatlardan, eləcə də həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən bəhs edib.
Q.İsrafilov Azərbaycanın ilk müstəqillik illərində çətin böhrandan çıxmasında, dövlətin gücləndirilməsi və möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıb. Bildirilib ki, Heydər Əliyev Azərbaycanda milli birlik yaradıb, ölkənin regionda aparıcı dövlətə çevrilməsi üçün mühüm addımlar atıb. Ümummilli lider Heydər Əliyevin siyasi xətti və dövlətçilik irsi bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş isə çıxışında Heydər Əliyev fenomeninin təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün oynadığı mühüm roldan söz açıb, Ulu öndərin ”Bir millət, iki dövlət" kəlamını xatırladaraq Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin qurulması və möhkəmlənməsində onun əvəzsiz xidmətlərini xüsusi qeyd edib.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib, dahi şəxsiyyət haqqında yazılmış kitablar təqdim olunub.
banner

Oxşar Xəbərlər