• çərşənbə, 24 Aprel, 18:04
  • Baku Bakı 23°C

Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

06.12.17 21:32 3333
Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləriElmar Məmmədyarovvə Edvard Nalbandyanın görüşü başlayıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" mikrobloqunda yazıb.

GörüşdəDağlıq Qarabağmünaqişəsinin nizamlanma məsələsi müzakirə olunur.

GörüşdəATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) vəATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edir.

Qeyd edək ki, hər iki nazirATƏTXarici İşlər Nazirləri Şurasının dekabrın 7-8-də keçiriləcək iclası çərçivəsində Vyanada səfərdədir.
banner

Oxşar Xəbərlər