• cümə, 29 Mart, 00:31
  • Baku Bakı 7°C

Vüsalə Hüseynli: Prezident seçkilərində gənclərin xüsusi fəallığının şahidi olacağıq

16.03.18 16:20 974
Vüsalə Hüseynli: Prezident seçkilərində gənclərin xüsusi fəallığının şahidi olacağıq
"Azərbaycan gəncliyi həmişə cəmiyyətin inkişafında, ictimai-siyasi proseslərdə fəal iştirakları ilə seçilib. Prezident seçkilərində də gənclərin xüsusi fəallığının şahidi olacağıq".
Bu fikirləri sechki-2018.az saytına Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib.
O bildirib ki, ölkədə yetişən gənc nəsil seçkidən-seçkiyə bu prosesə hazırlaşmır: "Gənclər hər zaman dövlət siyasətini təbliğ edir, müxtəlif maarifləndirmə tədbirləri və digər layihələr həyata keçirirlər. Bunun özü seçkilərə hazırlıqdır”.
Seçki Məcəlləsinə uyğun olaraq martın 19-dan təbliğat-təşviqat işlərinə start veriləcəyini xatırladan birlik sədri söyləyib ki, bu prosesdə digər ölkə vətəndaşları kimi gənclər ordusu və gənclər təşkilatları da aktivlikləri ilə yadda qalacaqlar.
Bu gün Azərbaycanda sözün həqiqi mənasında tam demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün gözəl şəraitin olduğunu bildirən V. Hüseynlinin fikrincə bunun üçün zəngin qanunvericilik bazası mövcuddur: "Seçki Məcəlləsi, bu sahəni əhatə edən qanun və qərarlar ölkədə beynəlxalq standartlara uyğun seçki qanunvericiliyinin olduğunu təsdiq edir. Həmçinin seçki proseslərinin uğurlu təşkili və həyata keçirilməsi üçün maddi-texniki təminat məsələləri yüksək səviyyədə həllini tapıb. Mərkəzi Seçki Komissiyası da bu sahədə öz işini təkmilləşdirir. Bütün proseslərin şəffaf olması üçün müşahidəçilik institutundan geniş istifadə edilir. Seçkilərdə namizədlərə bərabər imkanların təmin olunması, təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi üçün əlverişli mühit formalaşdırılıb. Bütün bunların fonunda demək olar ki, Azərbaycanda seçkilərin qüsursuz keçirilməsi, prosesin peşəkar, demokratik və ədalətli olması üçün siyasi iradə var” - deyə, birlik sədri əlavə edib.
banner

Oxşar Xəbərlər