AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vüsal Qasımlı: “Dövlət qurumları Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır”

Vüsal Qasımlı: “Dövlət qurumları Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır”

Cəmiyyət
31 Oktyabr 2020, 18:11 183

"Azərbaycanın dövlət qurumları hər biri ayrı-ayrılıqda öz sahələri üzrə Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır”.

APA-nın xəbərinə görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, Baş Prokurorluq tərəfindən 52 cinayət işi açılıb və Avropa İnsan Haqları Məhkəməsinə bu məsələlərlə bağlı müraciət edilib: "Bununla yanaşı, bir sıra digər beynəlxalq institutlarla da iş imkanlarımız var. Bunlardan Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək imkanlarımız mövcuddur. Beynəlxalq Cinayət Məhkəməsi Roma Əsasnaməsi üzrə fəaliyyət göstərir. Roma Əsasnaməsinin 6-cı bəndində soyqırımı, 7-ci bəndində insanlığa qarşı törədilmiş cinayətlər və 8-ci bəndində müharibə cinayətləri ilə bağlı məsələlər əksini tapıb. Sentyabrın 27-dən bəri Ermənistanın törətdiyi təcavüz aktları, hərbi təxribatlar nəticəsində biz həm insanlıq əleyhinə, həm də müharibə cinayətlərinin şahidiyik. Təkcə o faktı demək lazımdır ki "Amnesty International” və "Human Rights Watch” kimi beynəlxalq təşkilatlar Ermənistanın kasetli silahlardan istifadə etdiyini öz hesabatlarında qeyd ediblər. Kasetli silahlardan istifadənin qadağası ilə bağlı konvensiya 10 ildən artıqdır dünyada qüvvədədir və Ermənistan bu konvensiyanın müddəalarını pozur. Ermənistan qadağan olunmuş silahlardan istifadə edərək Azərbaycana qarşı təcavüzünü davam etdirir”.