• cümə axşamı, 28 mart, 18:04
  • Baku Bakı 13°C

Vurğun Əyyub: “Bu, Səxavət Əlisoydan qisas almaq cəhdidir”

17.11.14 16:40 1104
Vurğun Əyyub: “Bu, Səxavət Əlisoydan qisas almaq cəhdidir”
“Güman ki, Müsavat rəhbərliyinin qisas almaq cəhdləri davam edəcək. Kim partiya rəhbərliyinin apardığı siyasətdən narazı olacaqsa, onlardan bu şəkildə qisas almaq istəyəcəklər”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiya sıralarından xaric edilməsinə münasibət bildirərkən deyib.
V.Əyyub Müsavat Divanının S.Əlisoyun partiya sıralarından xaric edilməsi ilə bağlı qərarını qisasa cəhd kimi qiymətləndirib: “Müsavat Divanının qərarı partiya rəhbərliyinin Səxavət Əlisoydan qisas almaq cəhdidir. Çünki Səxavət Əlisoy indi partiyaya rəhbərlik edənlərin legitimliyini qəbul etmir”.
banner

Oxşar Xəbərlər