• şənbə, 20 Aprel, 13:36
  • Baku Bakı 23°C

Vurulmuş kartlar özlərini “tuz“ kimi göstərmək istəyirlər

19.08.13 14:46 1426
Vurulmuş kartlar özlərini “tuz“ kimi göstərmək istəyirlər
Rüstəm İbrahimbəyov açıq şəkildə sübut etdi ki, xalq onun üçün kütlədir, "massovka"dır. Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın 18 avqust mitinqinə münasibət bildirərkən deyib.
A.Əlizadə bildirib ki, mitinqdə 800-900 nəfərin iştirakı sübut etdi ki, "Milli Şura"da təmsil olunan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Mitinq göstərdi ki, "Milli Şura"da ailə müxalifəti təmsil olunur.
Partiya sədri qeyd edib ki, İbrahimbəyov ümidini xalqa bağlamayıb: "Çünki namizədliyi irəli sürülərkən xalqla təmasda olmaqdansa, xalqa ümidini bağlamadansa, ABŞ-a, Avropaya, Rusiyaya getdi. Onlar elə bildilər ki, nə desələr, xalq onu edəcək, xeyr, elə deyil. Xalqın şüuru, özünə hörməti var və xalq onları qəbul etmir. Onlar artıq xalq üçün yabançıdırlar".
Əlizadə deyib ki, onların hamısı vaxtilə siyasətdə vurulmuş insanlar, vurulmuş kartlardır: "İndi bunlar özlərini "tuz" kimi göstərmək istəyirlər. Daim xalqı aldadıblar, zərbə altında qoyublar, hər zaman xalqdan istifadə ediblər".
ASDP sədri vurğulayıb ki, onlar hətta bir-birilərinə qulaq asmaq da istəmirlər: "Maraqlısı odur ki, mitinqdə Əli Kərimliyə söz veriləndə, orada ümumiyyətlə 350-400 adam da qalmamışdı. Yəni onar o qədər "birləşiblər" ki, heç bir-birilərinə qulaq da asmaq istəmirdilər".
banner

Oxşar Xəbərlər