• cümə, 26 Aprel, 05:38
  • Baku Bakı 16°C

Vurulan Boeing-in sərnişinləri bu ölkələrin vətəndaşlarıdır - Siyahı

19.07.14 10:15 1175
Vurulan Boeing-in sərnişinləri bu ölkələrin vətəndaşlarıdır - Siyahı
Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Malaysia Airlines" aviaşirkətinin rəsmi saytına istinadən xəbər yayıb.
Son məlumatlara görə, Boeing-in göyərtəsində 192 Niderlan (onlardan birinin ABŞ vətəndaşlığı da olub), 44 Malayziya (ekipajın 15 üzvü və iki uşaq daxil olmaqla), 27 Avstraliya, 12 İndoneziya (biri uşaq olmaqla), 10 Böyük Britaniya (onlardan birinin CAR vətəndaşlığı da olub), 4 Belçika, 4 Almaniya, 3 Filippin, 1 Kanada və 1 Yeni Zelandiya vətəndaşı olub.
Ümumilikdə təyyarə qəzasında 298 nəfər həlak olub.
Məhv olmuş "Boeing 777" Amsterdamdan Kuala-Lumpura uçurdu. Sərnişinlərin arasında 85 uşaq olub.
Kiyev hakimiyyəti qəzada separatçıları günahlandırır. Onlar isə həmin yüksəklidə uçan təyyarəni vurmaq üçün vasitələrə malik olmadıqlarını iddia edirlər. Qəzanın araşdırılmasına müxtəlif beynəlxalq müşahidəçilər, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) və İnterpolun əməkdaşları qoşulmaq niyyətindədirlər.
banner

Oxşar Xəbərlər