AZE | RUS | ENG |

Vurduğu qolu mərhum prezidentə həsr etdi

Vurduğu qolu mərhum prezidentə həsr etdi
İngiltərə Premyer Liqasının son turunda - "Mançester Siti”  "Tottenhem”ə 1:0 hesabı ilə qalib gəlib. 
 
Kaspi.az xəbər verir ki, matçda yeganə qolunu vuran Riyad Mahrez helikopter qəzasında dünyasını dəyişən "Lester”in prezidenti Vişay Şrivaddanaprahbanı unutmayıb.  4,5 il "Lester” formasını geyinən Mahrez vurduğu qolu həlak olan prezidentə həsr edib. O, əlləri ilə səmanı göstərərək, qolu mərhum prezidentə həsr etdiyinə işarə edib. 
 
Oyundan sonra açıqlama verən əlcəzairli vinger mərhum prezidentin onun üçün çox özəl şəxs olduğunu deyib:
 
"O, mənim üçün çox özəl idi. Orda 4,5 il keçirdim. Onunla bir çox xatirəm var. Çox yaxşı insan idi. Qolumu ona hədiyyə etdim. Mənim üçün də, "Lester” üçün də çox şey edib”.
 
2014-2018-ci illərdə "Lester”in heyətində çıxış edən 27 yaşlı futbolçu, "tülkülər”in heyətində keçirdiyi 158 oyunda 42 qol vurub. 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN