• çərşənbə, 24 Aprel, 23:26
  • Baku Bakı 23°C

Vüqar Səfərli yenidən KİV DF-nin icraçı direktoru təyin edildi

03.06.13 16:59 1645
Vüqar Səfərli yenidən KİV DF-nin icraçı direktoru təyin edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın verdiyi məlumata görə, sərəncama əsasən aşağıdakı şəxslər Müşahidə Şurasının üzvləri təyin ediliblər:
Dövlət orqanlarından

Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Qurbanov Faiq Mirəsədulla oğlu- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
Hümbətov İntiqam Rəsul oğlu - Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi
kütləvi informasiya vasitələrindən:

Məcidov Rəşad Müseyib oğlu - "525-ci qəzet"in baş redaktoru
Sadıqov Bəxtiyar Yusif oğlu - "Azərbaycan" qəzetinin baş redaktoru
Rəhimzadə Vüqar Gəncəli oğlu - -“İki Sahil” qəzetinin baş redaktoru
jurnalist təşkilatlarından:

Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri
Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
banner

Oxşar Xəbərlər