• cümə axşamı, 25 aprel, 09:26
  • Baku Bakı 14°C

Vüqar Nadirov yenidən “Qarabağ”da

14.07.16 16:47 1836
Vüqar Nadirov yenidən “Qarabağ”da
Çempionlar Liqasında çıxış edən "Qarabağ” heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi sabiq futbolçusu Vüqar Nadirovu geri qaytarıb.

Klubun öz yetirməsi olan 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. 2002-2004 və 2009-15-ci illərdə "Qarabağ”da oynamış Nadirov qayıdışı ilə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdığım üçün olduqca sevincliyəm. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim".
banner

Oxşar Xəbərlər