• çərşənbə axşamı, 16 aprel, 09:53
  • Baku Bakı 14°C

Vüqar Həşimovun xatirəsinə şahmat turniri

27.01.14 08:41 1430
Vüqar Həşimovun xatirəsinə şahmat turniri
Qurumdan APA-ya verilən məlumata görə, 5 gün davam edən yarışmanın final mərhələsi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutub.
Çempionatda nazirliyin 24 qurumu və bu qurumların 100 nümayəndəsi iştirak edib. Bu, 2014-cü ildə klubun ilk yarışıdır. Yarışı hakimlər Bəxtiyar Rüstəmov, Vitali Sopranov, Azər Abdullayev və Anar Ələkbərov izləyiblər.
Tədbirin final mərhələsinin açılışında FHN-nin İdman Sağlamlıq Klubunun prezidenti Füzuli Musayev, mərhum Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, peşəkar kinqboksçu Pərviz Abdullayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov iştirak ediblər.
Final mərhələsində fərdi mükafatlandırmada Ramiz İsgəndərov (FHN-nin Akademiyası) birinci yer, Elçin Əsədov ( FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) ikinci yer, Dəyanət Məmmədov ( FHN-nin Şimal-Qərb Regional Mərkəzi) üçüncü yer tutublar. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
Komanda şəklində isə birinci yerə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yerə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, üçüncü yerə isə nazirliyin Akademiyası layiq görülü. Hər üç qalibə kubok təqdim edilib.
banner

Oxşar Xəbərlər