• cümə axşamı, 25 aprel, 14:28
  • Baku Bakı 23°C

Vüqar Həşimov Memorialında daha bir Azərbaycan derbisi

29.05.16 19:54 1165
Vüqar Həşimov Memorialında daha bir Azərbaycan derbisi
AZƏRTACxəbər verir ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir turnirində dördüncü turun partiyaları oynanmağa başlanıb: Aniş Qiri (Hollandiya) - Pendyala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna) - Sergey Karyakin (Rusiya), Hou İfan (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan), Rauf Məmmədov (Azərbaycan) - Fabiano Karuana (İtaliya), Teymur Rəcəbov - Eltac Səfərli (hər ikisi Azərbaycan).
Üç turdan sonra aktivində 2,5 xal olan Fabiano Karuana liderlik edir. Aniş Qiri 2 xal toplayaraq ikinci yeri tutur. 3-8-ci yerləri (hərəyə 1,5 xalla) Pendyala Harikrişna, Rauf Məmmədov, Eltac Səfərli, Teymur Rəcəbov Sergey Karyakin və Şəhriyar Məmmədyarov bölüşür. Hou İfan 1 bal xal və Pavel Elyanov 0,5 xal toplayıb.
2014-ci ildə 27 yaşında həyatını itirən məşhur azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan yarış Şəmkirdə üçüncü dəfə keçirilir. Əvvəlki iki turnirdə qalib dünya çempionu Maqnus Karlsen olub.
Vüqar Həşimov Memorialı iyunun 4-də bitəcək.
banner

Oxşar Xəbərlər