AZE | RUS | ENG |

Vüqar Bayramov: Şopinq Festivalı ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək

Vüqar Bayramov: Şopinq Festivalı ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək
Şopinq Festivalı barədə sualları iqtisadçı ekspert Vüqar Bayramov cavablandırır.
 
Şopinq Festivalının ümumilikdə ölkə iqtisadiyyatına təsiri necə olacaq?
Şopinq Festivalının təşkil edilməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Bir çox ölkələrin təcrübələrinə diqqət yetirsək görərik ki, şopinq festivallarının təşkil edilməsi ölkəyə sərmayənin cəlb edilməsi və eyni zamanda ölkə daxilində xidmət və digər sektorlarda dövriyyənin genişləndirilməsi baxımından vacibdir. Şopinq Festivalı xüsusən körfəz ökələri , həmçinin inkişaf etmiş ölkələrdə tədbiq edilən praktikadır. Eyni zamanda özəllik ondan ibarətdir ki, iqtisadiyyata sərmayənin cəlb edilməsi və eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından kifayət qədər müsbət təsirlərə malikdir. Bu baxımdan, bir mənalı şəkildə şopinq festivallarının təşkil edilməsi Azərbaycan iqtisadiyyatına müsbət təsirlərə malikdir.
 
Festival ölkəyə turist axınını nə dərəcədə artıra bilər?
Şopinq Festivalı əslində turizm sektorunun inkişaf etdirilməsi baxımından istifadə edilən alətlərdən biridir. Turistlərin cəlb edilməsində festivalların rolu və payı kifayət qədər çoxdur. Bütovlükdə nəzərə almaq lazımdır ki, turistlərin cəlb edilməsi üçün, xüsusən də indiki post-neft dövründə, fərqli üsullardan istifadə olunmasına ehtiyac var. Onlardan biri və kifayət qədər əhəmiyyətlisi şopinq festivallarının təşkil edilməsidir ki, Azərbaycanda da artıq bu ənənə formalaşmaqdadır. Və bu ənənənin formalaşması da ölkəyə daha çox turistin gəlməsinə imkan verir. Şopinq festivalları turizm sektorunun inkişafı və eləcə də ölkəyə gələn turistlərin sayının artırılması baxımından pozitiv təsirlərə malikdir.

Festivalın iqtisadiyyatının difersifikasiyasına yönlənmiş siyasətinə təsirini necə dəyərləndirirsiniz?
Post-neft dövründə iqtisadiyyatın diversifikasiyası vacibdir və iqtisadi diversifikasiya sadəcə neft sektorunun və hər hansı bir sektorun əvəz edilməsi deyil. Bu, digər sektorların da inkişaf edilməsi anlamına gəlir. Şopinq festivalları iqtisadiyyatın şaxələnməsinə təsir göstərən alətlərdən biridir. Çünki bu turizmin payının artmasına gətirib çıxaracaq. Nəticədə turizmin payının artması həm ümumi daxili məhsulda payın artması, həm də xidmət sektorunda və digər sektorlarda dövriyyənin genişləndirilməsinə səbəb olur və nəticədə bu da təbii ki, iqtisadi diversifikasiyanın sürətlənməsi üçün bir baza formalaşdırır. Eyni zamanda nəzərə almaq lazımdır ki, turizm ölkəyə valyutanın daxil olması baxımından vacibdir, çünki ölkəyə gələn turistlər valyuta xərcləyirlər və bu baxımdan turizm həm də dolayı ixracdı.

Fikrinizcə, Festivalda yerli məhsulların satışı xarici vətəndaşların ölkəmizdə biznes qurmaq istəyini nə dərəcədə artıra bilər?
‘Made in Azerbaijan’ brendinin tanıdılması çox vacibdir. Sahibkarlığın inkişafının dəstəklənməsi baxımından şopinq festivalların təşkil edilməsi və keçirilməsinə ehtiyac vardır. Sahibkarlığın dəstəklənməsi iqtisadiyyatın inkişaf baxımından da vacibdir. Şopinq festivalları ölkənin daha çox təqdim edilməsi və ‘Made in Azerbaijan’ brendinin təqdimatı baxımından vacibdir. Və bu da təbii ki, olkəyə sərmayələrin cəlb edilməsi baxımından önəmlidir. Şopinq festivalları ölkəyə daha çox xarici investorları cəlb etmək baxımından vacib rol oynayır və bu da qeyri-neft sektoruna yönəldilən sərmayələrin həcmini artırmağa imkan yaradır.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6355
GBP 1 İngilis funt sterlinqi 2.2393
TRY 1 Türk lirəsi 0.2990
KWD 1 Küveyt dinarı 5.6110
SEK 1 İsveç kronu 0.1905
EUR 1 Avro 1.9649
CHF 1 İsveçrə frankı 1.7146
USD 1 ABŞ dolları 1.7000