AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vulkan püskürməsi nəticəsində qurbanların sayı 16-ya çatıb

Vulkan püskürməsi nəticəsində qurbanların sayı 16-ya çatıb

Təfsilat
15 Dekabr 2019, 14:20 242
Yeni Zellandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.
 
Trend-in məlumatına görə, vulkanın püskürməsi zamanı ciddi xəsarətlər almış kişi Avstraliyanın Yeni Cənub Uels ştatında klinikaya yerləşdirilsə də dekabrın 14-də dünyasını dəyişib.
 
Polisin verdiyi açıqlamaya görə, iki nəfər itkin düşmüş sayılır.
Oklenddən 270 km aralıda Plenti körfəzində Uayt-Aylend adasındakı vulkanının püskürməsi 9 dekabrda baş verib. Püskürmə başlayarkən, adada aralarında digər ölkələrdən turist olmaqla 47 nəfər olub.

29 yaxın müxtəlif dərəcəli yanğın xəsarətləri almış turist Yeni Zellandiya və Avstraliya yanıq mərkəzlərində müalicə almaqdadılar. Bunlardan 11-nin vəziyyəti kritik olaraq qiymətləndirilir.
 
Uayt-Aylend - Yeni Zellandiyanın yeganə aktiv vulkanıdır və dünyada turistlər tərəfindən ən çox ziyarət edilən vulkanik adalardan biridir.