• cümə, 19 Aprel, 10:05
  • Baku Bakı 13°C

VTB: Həlak olmuş erməni hərbçilərin kredit borcu silinməyib

12.04.16 18:40 1359
VTB: Həlak olmuş erməni hərbçilərin kredit borcu silinməyib
"Bank VTB (Ermənistan)" QSC bu ayın əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini sıfırlamağı planlaşdırmır.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "VTB Qrup"un Mətbuat Mərkəzindən bildirilib.
"Belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Ermənistan və Rusiya mətbuatının yaydığı məlumata əsasən, "Bank VTB (Ermənistan)" QSC Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edib.
banner

Oxşar Xəbərlər