• cümə axşamı, 25 aprel, 06:11
  • Baku Bakı 14°C

VTB (Azərbaycan) “NIKOIL Bank”la tərəfdaş oldu

05.10.17 13:25 1419
VTB (Azərbaycan)  “NIKOIL Bank”la tərəfdaş oldu
"Bank VTB (Azərbaycan)” "NIKOIL Bank”la bankomat şəbəkəsinin birgə istifadəsinə dair tərəfdaşlıq müqaviləsi imzalayıb.
Bankın mətbuat xidmətindən Kaspi.az-a verilən məlumata görə, razılaşmaya əsasən, VTB (Azərbaycan) kart sahibləri "NIKOIL Bank”ın bankomatlarından əlavə komissiyasız nağd vəsait çıxara bilər.
Bundan başqa, VTB (Azərbaycan) müştəriləri "NIKOIL Bank”ın bankomatlarının təklif etdiyi digər xidmətlərdən, o cümlədən "Cash by Code” xidmətindən istifadə edərək, vəsaitin köçürülməsi, "Card to Card”, 3D Secure parolunun alınması, eləcə də kart üzrə əməliyyatlar barədə SMS-xəbərdarlıq xidmətlərindən istifadə edə bilər.
Beləliklə, bankın kart sahiblərinə əlavə komissiyasız nağd vəsaiti çıxarmağa imkan verən VTB (Azərbaycan)-ın güzəştli bankomat şəbəkəsi indi VTB, "Poçta Bank” (Rusiya), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), eləcə də yerli "AccessBank”, "PASHA Bank” və "NIKOIL Bank” ilə təmsil olunur.
"NIKOIL Bank”la tərəfdaşlıq VTB (Azərbaycan) müştərilərinin xidmət şəbəkəsini genişləndirməyə imkan verəcək və müştərilərə bankomatlardan istifadə etmək üçün daha rahat şərait yaradacaq.
banner

Oxşar Xəbərlər