• çərşənbə, 24 Aprel, 23:23
  • Baku Bakı 23°C

Volodin: “Rusiya və Azərbaycanın ümumi tarixi və ümumi gələcəyi var”

07.02.18 15:45 699
Volodin: “Rusiya və Azərbaycanın ümumi tarixi və ümumi gələcəyi var”
"Bizə Azərbaycanın tarixi, müasir həyatı və Rusiya-Azərbaycan münasibətlərinin çoxəsrlik tarixi ilə tanışlıq imkanı yaratdıqlarına görəHeydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Rusiya və Azərbaycan xalqları dünyanıvə vətənimizi faşizmdən birgə müdafiə ediblər. Bu gün bizim dostluğumuz inkişaf edir, möhkəmlənir. Bugünkü sərgidə qonşumuz Azərbaycanın əldə etdiyi nailiyyətlərlə tanış oluruq”.
APA-nın xəbərinə görə, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dumanın binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxışında deyib. Sərginin əhəmiyyətindən danışan Rusiya parlamentinin spikeri bildirib ki, belə tədbirlər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir: "Digər ölkələr də Dumada öz sərgilərini keçirəcəklər. Azərbaycan ilk ölkə oldu”.
İkitərəfli münasibətlərdən və parlamentlərarası əlaqələrdən danışan V. Volodin vurğulayıb ki, Rusiya və Azərbaycan mövqelərini bir-birinə yaxınlaşdırır: "Biz ölkələrimizin mövqelərini bir-birinə yaxınlaşdırırıq. Ölkələrimiz arasındakı münasibətlərin əsası prezidentlərimizin qərarları ilə qoyulub. Parlamentlərin vəzifəsi isə bu qərarların qanuni təminatını həyata keçirməkdir. Ona görə də, həmkarımOqtay Əsədovvə digər azərbaycanlı parlamentarlarla birlikdə ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu gün sərgi bir daha sübut edir ki, bizim xatırlamağa, müzakirə etməyə və gələcək üçün planlar qurmağa çox şeyimiz var. Biz o ölkələrik ki, ümumi tariximiz və ümumi gələcəyimiz var”.
V. Volodin rusiyalı turistlərə Azərbaycana səyahət etməyi də tövsiyə edib.
banner

Oxşar Xəbərlər