Volkan ilə Sabri 4 oyunluq cəza aldılar

Volkan ilə Sabri 4 oyunluq cəza aldılar

İdman
17 May 2013, 10:30 913
Sportliqa.Az xəbər verir ki, qalmaqallı oyunla bağlı Türkiyə Futbol Federasiyası (TFF) hər iki tərəfi aşağıdakı kimi cəzalandırıb:

"Fənərbağça” azarkeşlərinin stadiondakı hərəkətlərinə görə kluba ümümilikdə 170.000 türk lirəsi (TL) cərimə kəsilib.

"Fənərbağça”nın qapıçısı Volkan Dəmirələ rəqib oyunçu Sabri Sarıoğluna qarşı hərəkətlərinə görə 4 oyunluq cəza verilib və 16.500 TL cərimə kəsilib.

"Sarı-lacivərdlilər”in portuqaliyalı futbolçusu Raul Meyreleş rəqib oyunçu Sabri Sarıoğlu meydandan çıxarkən ona qarşı yönələn qeyri-etik davranışlarına görə 4 oyunluq cəza alıb və 20.000 TL cərimələnib.

"Qalatasaray"ın futbolçusu Sabri Sarıoğluya rəqib oyunçu Volkan Dəmirələ yönəlmiş hərəkətlərinə görə 4 oyunluq cəza verilib və 13.500 TL cərimələnib.