• şənbə, 20 Aprel, 18:23
  • Baku Bakı 24°C

“Volfsburq” aşpazını qovdu - Unudub ki...

14.02.18 13:10 744
“Volfsburq” aşpazını qovdu - Unudub ki...
Ötən ilin dekabrında, Bundesliqanın 17-ci turunda "Volfsburq”un futbolçusu Maksimilian Arnold "Köln”lə oyunda meydana çıxmamışdı.
Kaspi.az xəbər verir ki, həmin vaxt klubdan bildirmişdilər ki, futbolçunun mədə-bağırsaq sistemində problem yaşanıb. Sonradan bəlli olub ki, klub aşpazının unutqanlığı ucbatından futbolçunun səhhətində problem yaranıb.
Futbolçu allergiya səbəbindən meydana çıxa bilməyib. Məsələ burasındadır ki, futbolçunun fındığa qarşı allergiyası varmış. Aşpaz isə bunu unudub. Klub rəhbərliyi unutqan aşpazı işdən qovub.
banner

Oxşar Xəbərlər