• cümə axşamı, 25 aprel, 12:17
  • Baku Bakı 23°C

Vneger jurnalistləri qınadı - Bizi doğramağa hazırsınız

24.01.18 14:30 606
Vneger jurnalistləri qınadı - Bizi doğramağa hazırsınız
"Arsenal”ın baş məşqçisi Arsen Venger İngiltərə kubokunun yarımfinalında "Çelsi” ilə keçiriləcək oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Kaspi.az xəbər verir ki, Venger jurnalistləri ədalətli olmamaqda ittiham edib. O, mətbuat nümayəndələrinin "arsenal”a qarşı qərəzli olduğunu bildirib:
"Finala çıxmaq klubdakı əhvalı dəyişəcəkmi? Mənim belə xəyalım yoxdur. Ümumiyyətlə, əhvalı siz jurnalistlər dəyişirsiniz. Baxın, biz bir neçə dəfə finallarda olmuşuq. Bu amil situasiyaya təsir edib? Yox.
Siz 25 il finalda olmayan komandanı vəsf edirsiniz. Bizi isə doğramağa hazırsınız. Baxmayaraq ki, biz son 4 ildə İngiltərə kubokunu 3 dəfə qazanmışıq. Belə-belə işlər. Biz bu tərzdə yaşamağa məcburuq”.
"Arsenal” "Çelsi”ni bu gün qəbul edəcək. "Stemford Bric”də keçirilən ilk qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
banner

Oxşar Xəbərlər