• cümə, 19 Aprel, 20:39
  • Baku Bakı 24°C

Övladının gözləri qarşısında ananı ilan vurdu

06.07.13 10:19 1629
Övladının gözləri qarşısında ananı ilan vurdu
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Baş Zəyzid kənd sakini Siracəddinova Günel İmran qızını ayağından ilan vurub. Hadisə zərərçəkən həyətlərində moruq dərərkən oğlunun gözü qarşısında baş verib.
İlan sancan kimi zərərçəkən yaxınları tərəfindən Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəstəyə dərhal ilan zəhəri əleyhinə zərdab vurulub və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstənin 4-5 gün müalicədən sonra evlərinə buraxılacağı bildirilib. Qeyd edək ki, zərərçəkənin 2 azyaşlı uşağı var.
banner

Oxşar Xəbərlər