• cümə, 26 Aprel, 20:45
  • Baku Bakı 22°C

Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-də keçiriləcək

16.05.19 13:51 607
Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-də keçiriləcək
Ukrayna Ali Radası yeni prezident seçilmiş Vladimir Zelenskinin andiçmə mərasiminin mayın 20-də keçirilməsi barədə qərar qəbul edib.
AZƏRTACxəbər verir ki, Ali Radada inauqurasiya mərasiminin tarixi ilə bağlı 7 layihə müzakirəyə çıxarılıb. Təklif olunan günlər mayın 17, 19, 20, 26, 28 və iyunun 1-i idi.
Ali Radada səsvermə nəticəsində böyük səs çoxluğu ilə inauqurasiyanın mayın 20-də keçirilməsi barədə qərar qəbul edilib.
banner

Oxşar Xəbərlər